Koreya Respublikasının prezidenti Mun Ce-in ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında tarixi görüş yerli vaxtla səhər 9:30-da başlayıb.
YeniAvropa xəbər verir ki, KXDR lideri Kim Çen In və onu müşayiət edən nümayəndə heyəti iki ölkə arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsinin Cənubi Koreya hissəsindəki “Sülh” sarayında keçiriləcək görüş üçün cənub tərəfə keçiblər. Bu,1950-1953-cü illər Koreya müharibəsindən sonra Şimali Koreya liderinin cənub ərazisinə ilk səfəridir
RİA "Novosti" xəbər verir ki, tərəflər məntəqənin demilitarizasiya zonasının cənub hissəsində Cənub və Şimal arasında münasibətlərin yaxşılaşdırılması, sülh və birləşmə perspektivləri barədə danışıqlar aparacaq.