logo

Mayk Pompeo Senatda ABŞ-ın dövlət katibi təsdiq edilib

22:11 26-04-2018 | icon 2667
Mayk Pompeo Senatda ABŞ-ın dövlət katibi təsdiq edilib

ABŞ Senatı Mayk Pompeonu ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edib. 

YeniAvropa xəbər verir  ki, senatorların 57-si M.Pompeonun lehinə, 42-si əleyhinə səs verib. Bu, ABŞ tarixində cüzi üstünlükdür. Bundan əvvəlki dövlət katibi Reks Tillerson (56 səs) istisna olmaqla, hər namizəd Senatda 85 və daha çox səs toplayıb.

Xatırladaq ki,  Mayk Pompeo bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.