Ermənistanın baş naziri ölkə parlamentinin mayın 1-də keçiriləcək xüsusi iclasında müəyyən olunacaq.
YeniAvropa xəbər verir ki, Rusiyanın "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu aprelin 26-da parlamentin spikeri Ara Babloyan bildirib.
Xatırladaq ki, aprelin 23-də Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müxalifətin 10 gün davam edən kütləvi etiraz aksiyalarından sonra baş nazir postundan istefa verib. Nazirlər Kabinetinin başçısı vəzifəsinə isə müvəqqəti olaraq baş nazirin birinci müavini Karen Karapetyan təyin edilib.
Ölkə konstitusiyasına uyğun olaraq, baş nazirin istefasından sonra 7 gün ərzində parlament fraksiyaları bu posta namizədlərini irəli sürə bilərlər. Bundan sonra nazirlər kabinetinin rəhbəri açıq səsvermə yolu ilə seçiləcək. Müxalifət hökumət başçısı postuna “xalqın namizədinin” - Nikol Paşinyanın seçilməsini tələb edir. Hakim Respublika partiyası növbədənkənar parlament seçkilərinə razılıq versə də, müxalifətin bu tələbini konstitusiyaya zidd hesab edir.