Aprelin 27-də Cənubi Koreyanın prezidenti Mun Çje İn və KXDR-in rəhbəri Kim Çen In arasında görüş keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə "Reuters" agentliyi Cənubi Koreya prezidentinin administrasiyasının rəhbəri Lim Çjon Soka istinadla məlumat yayıb. Xəbərdə qeyd edilir ki, hərbi-demarkasiya xəttində görüşən liderlər daha sonra Cənubi Koreya milli qvardiyaçıların müşayiəti ilə danışıqların keçiriləcəyi məkana yollanacaqlar.
Görüşün yekunları üzrə birgə sənədin imzalanacağı gözlənilir.