logo

AŞ PA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

20:41 24-04-2018 | icon 2520
AŞ PA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

Avropa Şurası Parlament Assambleyası ( AŞ PA) Türkiyəni 24 iyun növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb.

YeniAvropa xəbər verir  ki, Türkiyə mətbuatının yazdığına görə,  bu gün qəbul edilən qərarda səbəb kimi bu seçkilərin Avropa meyarlarına uyğun gəlmədiyi qeyd olunub.

Qərarda bildirilir ki, i partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya Komissiyasının tövsiyələrinə zidd olduğu göstərilib.

Türkiyənin baş naziri Binəli Yıldırımın AŞ PA-nın qərarına münasibəti özünü çox özlətməyib. "AŞPA öz işinə baxsa, yaxşı olar. Seçimi Türkiyə edəcək. Türkiyədə seçkilər demokratik şəraitdə keçirilir",-deyə baş nazir vurğulayıb.