logo

Türkiyədə 5,1 gücündə zəlzələ olub

10:49 24-04-2018 | icon 2485
Türkiyədə 5,1 gücündə zəlzələ olub

Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ olub.

YeniAvropa xəbər verir  ki,  yerli vaxtla gecə saat 03.34-də baş verən yeraltı təkan əhalini vahiməyə salıb. Bəzi tikililərə xəsarət dəyib, 13 nəfər yaralanıb. Yeraltı təkanların ocağı 9,17 kilometr dərinlikdə yerləşib.

Qeyd edilir ki, zəlzələnin mərkəz bazası olan Samsatda 2017–ci il martın 2-də də 5,1 bal gücündə zəlzələ olmuş və əraziyə böyük ziyan dəymişdir.