logo

Ermənistan hökuməti tam tərkibdə istefa verdi

21:34 23-04-2018 | icon 2555
Ermənistan hökuməti tam tərkibdə istefa verdi

Ermənistan prezidenti Armen Sarkisyan  hökumətti tam tərkibdə istefaya göndərib.

YeniAvropa "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə  Ermənistan pezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu gün prezident Armen Sarkisyan müvafiq fərman imzalayıb. Fərmanda deyilir:"Konstitusiyanın 130-cü maddəsinə uyğun olaraq, Ermənistan Respublikası hökumətinin istefası qəbul edilsin”.

Xatırladaq ki, bundan əvvəl baş nazir Serj Sarkisyan istefa vermişdi. Hazırda hökumət başçısının səlahiyyətini Karen Karapetyan icra edir.