DİM orta məktəblərdə buraxılış imtahanları keçirəcək
Aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində, aprelin 23-də isə Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənəddə şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
- Digər şəhər və rayonlar üzrə imtahanlar 29, 30 aprel tarixlərində keçiriləcək. Təqvim DİM-in saytında verilib.
- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
- Tədrisi gürcü dilində olan məktəblərin şagirdləri aprelin 23-də imtahan verirlər.
- Ölkə üzrə tədrisi ingilis, fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri aprelin 29-da imtahan verirlər.
Xocavənddə terror aktını törədənlər saxlanılıb
Azərbaycanın güləş millisi komanda hesabında dünya çempionu olub
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub
Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb
Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb
Füzulidə ər arvadını öldürüb
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək
Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir-Nikol Paşinyan
Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb
Prokurorluq Şuşada baş verən mina partlamasını araşdırır