Əfqanıstanın paytaxtı Kabildə seçicilərin qeydiyyat mərkəzinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə “1TV” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Partlayış nəticəsində 119 nəfər yaralanıb.
Qeyd edək ki, Kabildə seçici qeydiyyat mərkəzi qarşısında terrorçu-kamikadze tərəfindən törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.