logo

Yerevanda 3 deputat, 200-dən artıq aksiya iştirakçısı polis şöbəsinə aparılıb 

17:43 22-04-2018 | icon 2772
Yerevanda 3 deputat, 200-dən artıq aksiya iştirakçısı polis şöbəsinə aparılıb 

Yerevanın hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda keçirilən aksiyaları dağıdarkən parlamentdə müxalifəti təmsil edən 3 deputatı və 200-dən artıq etirazçını saxlayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Rusiyanın "İnterfax" agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilir ki polis şöbəsinə aparılanlar arasında parlamentdə müxalifəti təmsil edən deputatlardan Nikol Paşinyan, Ararat Mirzoyan və Sasyn Mikaelyan , eləcə də müxalifət partiyalarının rəhbər strukturlarının fəalları da var.

Xatırladaq ki, bu gün Yerevanda növbəti etiraz aksiyası keçirilib. Aksiyaçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə narazılıq edirlər.

Bu gün səhər saatlarında baş nazir Serj sarkisyan Nikol Paşinyanla görüşsə də tərəflər etiraz aksiyalarının dayandırılmasına dair razılığa gələ bilməyiblər. Serj Sarkisyan isə polisə aksiyaları dağıtmağı tapşırıb.