logo

Etirazçıların lideri  deputat Nikol Paşinyan saxlanılıb

11:28 22-04-2018 | icon 2555
Etirazçıların lideri  deputat Nikol Paşinyan saxlanılıb

Ermənistanda polis etiraz aksiyasının lideri, parlamentin deputatı Nikol Paşinyanı saxlayıb.

YeniAvropa  xəbər verir ki, "RİA Novosti" agentliyi məlumat yayıb.

1-1_1

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Serj Sarkisyan ilə Nikol Paşinyan arasında  görüş  keçirilib.Yerli mətbuatın yazdığına görə, görüş bir neçə dəqiqə davam edib.

Görüşdə baş nazir belə aksiyaların qanuni hakimiyyətin şantajı olduğunu bildirib və hüquq müstəvisinə qayıtmağı tövsiyə edib. Əks halda bütün məsuliyyətin Nikol Paşinyanın üzərinə düşəcəyini bildirib.

Nikol Paşinyan isə danışıqlarda Serj Sarkisyanın istefaya getməsinin və hakimiyyətin dinc yolla təhvil verilməsinin müzakirə ediləcəyini deyib.

Baş nazir müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib.