Dünyanın uzunömürlülər siyahısına başçılıq edən yaponiyalı xanım Nabi Tacima aprelin 21-də ölkənin cənub-qərbində yerləşən xəstəxanada 117 yaşında vəfat edib.
YeniAvropa "Kyodo" agentliyinə istinadla xəbər verir ki, “Ginnesin rekordlar kitabı”na görə N.Tacima 2016-cı ilin sentyabrından, Yamayka sakini xanım Vayolet Braun vəfat etdikdən sonra dünyanın ən yaşlı qadını hesab olunurdu.
V.Braundan cəmi beş ay balaca olan N.Tacima Kaqoşima prefekturasının Kikay adasında yaşayırdı.