logo

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

18:01 22-12-2017 | icon 2219
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

YeniAvropa xəbər verir ki, iki ölkə rəhbərləri Yaxın Şərqdə vəziyyəti, BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı qətnaməsini müzakirə edib, münaqişənin bundan sonra da beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduqlarını bildiriblər.

Tərəflər, həmçinin Astanada Suriyaya dair Beynəlxalq konfransda Suriya Milli Dialoq Konqresinin təşkilinə dair razılıq əldə olunacağına ümid bəslədiklərini qeyd ediblər.

Telefon danışığa zamanı uğurla inkişaf edən ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər də müzakirə olunub.