Moskvada güclü qasırğa nəticəsində , ilkin məlumata görə, 2 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
YeniAvropa xəbər verir ki, bu haqda Moskva meri Sergey Sobyaninin özünün “Twitter” səhifəsində yerləşdirdiyi xəbərdə qeyd edib. Məlumatda Moskvada aprelin 21-də baş vermiş qasırğa nəticəsində 7 nəfərin, o cümlədən 3 uşağın yaralandığı bildirilirdi. Uşaqlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Saniyədə 30 metr sürətlə əsən külək yüzlərlə ağacı kökündən çıxarıb.
Son məlumata görə, yaralananların sayı 20-yə çatıb, iki nəfər isə həlak olub.
Hazırda Moskvada və Moskva ətrafında hava təhlükəsizliyinin “narıncı” səviyyəsi hələ də saxlanılır. Gecə saatlarında havanın soyuyacağı, sulu qar yağacağı gözlənilir.