logo

Kubada Kastro erası sona çatır: Raul Kastro postunu yazda tərk edəcək

17:30 22-12-2017 | icon 2394
Kubada Kastro erası sona çatır: Raul Kastro postunu yazda tərk edəcək

Kuba lideri Raul Kastro öz postunu 2018-ci ilin aprel ayında tərk edəcək.

"Euronews" telekanalı xəbər verir ki, əvvəlcə bunun fevral ayında baş tutacağı planlaşdırılırdı. Lakin dekabrın 21-də Kuba parlamenti Kastronun səlahiyyətlərinin daha iki ay uzadılmasına səs verib: sentyabr ayında dağıdıcı “İrma” qasırğasının adaya böyük zərər vurması səbəbindən yeni milli seçkilər təxirə salınıb.

“Xalq hökumətinin yeni Milli Assambleyasının formalaşacağı gün, aprelin 18-də mən dövlət başçısı postunda özümün ikinci və sonuncu müddətimi başa vururam”, - deyə Raul Kastro bildirib.

Bu, Kuba tarixində təxminən 60 illik Kastro erasına son qoyacaq. Ölkənin yeni rəhbəri beş il müddətinə seçiləcək.