Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkəsində nüvə və raket sınaqları aparılmasının dondurulduğunu və ölkənin şimalındakı nüvə poliqonunda işlərin dayandırıldığını elan edib.
YeniAvropa xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumat yayıb.
"Aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq. KXDR sınaqların dayandırılmasına dair vədini təsdiq etmək üçün ölkənin şimalındakı nüvə sınağı poliqonunu bağlayacaq", — deyə xəbərdə qeyd olunur.
Xatırladaq ki, qərar KXDR-in hakim partiyasının mərkəzi komitəsinin cümə günü keçirilən iclasında qəbul olunub