Hindistan 2032-ci ildə Yay Olimpiadasına ev sahibliyi etməyə iddialıdır. YeniAvropa xəbər verir ki, bu haqda Hindistan Milli Olimpiya Komitəsinin prezidenti Narinder Batra bildirib . Onun sözlərinə görə, qarşıdakı illərdə Hindistan bir neçə idman yarışına ev sahibliyi hüququ əldə etmək niyyətindədir.
N.Batra qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkilatçılıq hüququnu onun ölkəsinə həvalə edib-etməyəcəyindən asılı olmayaraq, üç böyük tədbirin Hindistanda keçirilməsi üçün müraciət etməyə hazırlıq görülülür. Bunların sırasına 2026-cı il Yeniyetmələrin Olimpiya Oyunları, 2030-cu il Asiya Oyunları və 2032-ci il Yay Olimpiya Oyunları daxildir.
BOK-un prezidenti Tomas Bax isə öz növbəsində Hindistanın iddia irəli sürməsini şərh edərək deyib: “Hindistan böyük potensiala malikdir və günlərin bir günü o, Olimpiadaya ev sahibliyi edəcək. Lakin hazırda 2026-cı il Yeniyetmələrin Olimpiya Oyunlarına və 2032-ci il Yay Olimpiadasına ev sahibliyi edən ölkənin təsdiqlənməsi proseduru hələ açılmayıb. Bu səbəbdən nəsə danışmaq yersizdir”.