logo

Yerevanda 210-dan çox nümayişçi həbs olunub

19:25 20-04-2018 | icon 2457
Yerevanda 210-dan çox nümayişçi həbs olunub

Ermənistan polisi aprelin 20-də Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən 217 nümayişçini həbs edib.

YeniAvropa "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, etirazçılar şəhər küçələrini bağlamağa cəhd etdikləri üçün saxlanılıb. Həbs olunanlar arasında yollarda tıxaclar yaratmağa çalışan avtomobil sürücüləri də var.

Etiraz aksiyalarına rəhbərlik edən deputat Nikol Paşinyanın sözlərinə görə, müxalifət növbəti mitinq keçirmək niyyətindədir. “Biz yolların yük avtomobilləri ilə bağlanması üzrə əməliyyata başlayırıq. Əgər bu baş tutsa, “məxməri inqilab” bir neçə gündən sonra başa çatacaq”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, Serj Sarkisyanın Ermənistanın baş naziri seçilməsinə qarşı keçirilən etiraz aksiyaları aprelin 13-dən başlayıb. Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində təqsirləndirən müxalifət Ermənistanda “məxməri inqilabın” başlandığını elan edib.