logo

Nuxammedkalıy Abılqaziev Qırğızıstanın yeni baş naziri oldu

17:59 20-04-2018 | icon 2422
Nuxammedkalıy Abılqaziev Qırğızıstanın yeni baş naziri oldu

Aprelin 20-də Qırğızıstan parlamenti-Joqorku Keneşin növbədənkənar iclası keçirilib.

YeniAvropa xəbər verir  ki, iclasda 30-cu hökumətin proqramı, strukturu və tərkibi təsdiq olunub.

Joqorku Keneş prezident aparatının rəhbəri Nuxammedkalıy Abılqazievi ölkənin baş naziri vəzifəsinə təsdiq edib.

Kubatbek Boronov baş nazirin birinci müavini, Jeniş Razzakov, Zamirbek Askarov, Altınay Omurbekova baş nazirin müavinləri vəzifələrini tutublar.

İclasda həmçinin, hökumət aparatının rəhbəri, xarici işlər, daxili işlər, ədliyyə, maliyyə, iqtisadiyyat, kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, nəqliyyat və yollar, fövqəladə hallar, təhsil və elm, səhiyyə, mədəniyyət, informasiya və turizm, əmək və sosial inkişaf nazirləri də təsdiqlənib. Həmçinin milli təhlükəsizlik, müdafiə, sənaye, energetika və yeraltı sərvətlər, informasiya texnologiyaları və rabitə üzrə dövlət komitələrinin sədrləri təsdiq olunublar.

Xatırladırıq ki, ölkə parlamenti aprelin 19-da hökumətə etimadsızlıq göstərmiş, dövlət başçısı Sooronbay Jeenbekov hökuməti tam tərkibdə istefaya göndərmişdi.