Sabah Qırğızıstan parlamenti Nuxammedkalıy Abılqazievi ölkənin yeni baş naziri təsdiqləyəcək
Aprelin 20-də Qırğızıstan parlamentinin( Joqorku Keneşə) növbədənkənar iclasında hökumətin yeni tərkibinin təsdiq ediləcəyi gözlənilir.YeniAvropa xəbər verir ki, Joqorku Keneşdəki koalisiya çoxluğu - Qırğızıstan Sosial-Demokrat, “Bir Bol” və “Respublika-Ata Jurt” partiyaları prezident Aparatının rəhbəri Nuxammedkalıy Abılqazievin Baş nazir postuna namizədliyini irəli sürüb.
Sabahkı iclasda Nuxammedkalıy Abılqazievin Baş nazir postuna namizədliyinin təsdiq ediləcəyi gözlənilir.
Xatırladırıq ki, ölkə parlamenti aprelin 19-da hökumətə etimadsızlıq göstərib, 102 deputat bunun lehinə səs verib və dövlət başçısı Sooronbay Jeenbekov hökuməti istefaya göndərib.