Qırğızıstan prezidenti Sooronbay Jeenbekov respublikanın Nazirlər Kabinetinə parlamentin etimad göstərməməsini əsas tutaraq hökumətin istefaya göndərilməsi barədə fərman imzalayıb.Fərmanda qeyd edilir ki, yeni hökumətin tərkibi formalaşanadək, hökumət üzvləri öz vəzifələrini icra etməyə davam edəcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə "RBK" məlumat yayıb. Məlumatda qeyd edilib ki, bundan əvvəl Qırğızıstan parlamentinin (Joqorku Keneşa) deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər. Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.
Xatırladaq ki,Joqorku Keneşanın 17 apreldə keçən iclasında parlamentin3 fraksiyası hökumətin təqdim etdiyi 2017-ci il üçün Nazirlər Kabinetinini hesabatını qeyri- məqbul qiymətləndiriblər. Bundan əlavə ölkədə istilik sistemlərinini bərbad vəziyyətdə olması, büdcənin icrasındakı əskikliklər də deputatlarda narazılıq doğurub.