Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, prezidentlər Suriya böhranını müzakirə ediblər. Dövlət başçıları Suriyanın ərazi bütövlüyünün qorunmasının və münaqişənin siyasi yolla həlli üçün birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.
Prezidentlər, həmçinin Türkiyə ilə İran arasında iqtisadi əlaqələrin genişlənməsindən məmnunluqlarını ifadə ediblər.