logo

Ermənistanda “məxməri inqilab”ın başladığı elan edildi

16:16 17-04-2018 | icon 2520
Ermənistanda “məxməri inqilab”ın başladığı elan edildi

Sabiq prezident Serj  Sarkisyanın baş nazir seçilməsinə etiraz edən müxalifət tətəfdarları paytaxt Yerevanda baş prokurorluq, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri üzrə Komitənin binalarını mühasirəyə alıblar. 

YeniAvropa "İnterfax" agentliyinə istinadla xəbər verir  ki,  müxalifət lideri, "Elk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan artıq Ermənistanda "məxməri inqilab"ın başladığı bəyan edib.  Onun sözlərinə görə, artıq bütün dövlət idarələrinin binaları mühasirəyə alınıb v qapılarda 10-15 etirazçı keşik çəkərək, heç kimi binalardan çıxmağa qoymur. 

Xatırladaq ki, bu gün Ermənistan parlamenti Serj Sarkisyanın baş nazir təyin edilməsi məsələsini müzakirə edir. Parlament binası polis qüvvələri tərəfində mühasirəyə alınıb.