Yerevanda müxalifətin mitinqi: 46 nəfər xəstəxanaya yerləşdırıldi
22:27 16-04-2018
|
2667
Yerevanın mərkəzində , Baqramyan prospektində , Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edən müxalifət təmsilçiləri ilə polisin qarşıdurmasında 46 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
YeniAvropa Rusiyanın "İnretfax" agentliyinə istinadla xəbər verir ki, Ermanistan paytaxtındakı etiraz maksiyasında yaralananlardan 6 nəfəri polis əməkdaşlarıdır. Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə yaralananlardan bəziləri abmluator yardım göstərilib, onlar evlərinə buraxılıblar. Polislərdən bir nəfəri əməliyyat olunub,etirazçılar onun benasını kəsiblər. Etirazçıların əksəriyyətində isə ayaq sümüklərində çatlar və sınıqlar müşahidə olunub. Həkimlərin rəyinə görə bu etirazçılara qarşı polisin tətbiq etdiyi səs qımbaralarının partlaması nəticəsində baş verib. Nümayişçilərə qarşı polis tərəfindən həmçinin gözyaşardıcı qazdan da istifadə edilib.
" />
Mitinqdə çıxış edən deputat Hikol Paşinyan bildirib ki, etirazçıların dağılmaq fikirləri yoxdur və onlar gecəni küçədə keçirəcəklər.
Hazırda etirazların davam etdiyi Baqramyan prospektinin Fransa meydanına çıxış hissəsi polis qüvvələri tərəfində əhatəyə alınıb.