Aİ-nin Enerji Sammitində Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışılıb
Brüsseldə IV Avropa İttifaqı (Aİ) Enerji Sammiti keçirilib. YeniAvropa xəbər verir ki, sammitdə Avropa Komissiyasının iqlim dəyişikliyi və enerji komissarı Miqel Ariyes Kanyete, Bolqarıstanın enerji nazirinin müavini Jeço Stankov, Avropa Parlamentinin Sənaye, Tədqiqatlar və Enerji Komitəsinin sədri Yerji Buzek çıxış ediblər.
M.A.Kanyete çıxışında daha təmiz və davamlı enerjiyə keçidin zəruri olduğunu, bununla belə Aİ qonşuluğunda baş verən geosiyasi qeyri-müəyyənliklərin bu prosesi sürətləndirməli olduğunu bildirib. Qeyd edilib ki, Aİ daxilində üzvi mənşəli yanacaq istehsalı və istehlakının azalması heç də həmin yanacağın idxalının azaldılması sürəti ilə eyni olmayacaq. Belə ki, 2016-cı ildə Aİ enerji istehlakının 72 faizini neft, qaz və kömür hesabına təmin edib. Həmin ildə istehlak olunan neftin 88 faizi, təbii qazın isə 40 faizi idxal hesabına ödənilib. İdxal olunan təbii qazın 42 faizi Rusiya, 34 faizi Norveç, 13 faizi mayeləşdirilmiş təbii qaz (LNG) formasında, 11 faizi Əlcəzair və Liviyadan təmin edilib.
Komissar bildirib ki, əgər orta və uzunmüddətli perspektivdə əsas hədəf Aİ-nin enerji istehlakını karbohidrogen resurslarının idxalından asılılığını azad etməkdirsə, qısamüddətli perspektiv üçün əsas məqsəd idxalın şaxələndirilmiş təchizatçılar tərəfindən təmin olunmasıdır. Bu xüsusda komissar vurğulayıb ki, Cənub Qaz Dəhlizi Aİ-nin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır. Onun sözlərinə görə artıq Şimal-Cənub (Polşanın Baltik dənizi sahillərindən LNG və sıxılmış təbii qazın (CNG) Qara və Egey dənizi ölkələrinə nəqlini nəzərdə tutur) və Şərq qaz dəhlizləri (Rusiya) fəaliyyət göstərir və hazırda Xəzər dənizi regionundan birbaşa Avropaya qazın gətirilməsi başlıca prioritet olaraq qalır. İlk qazın bu ilin yayında Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatması bu işə cəlb olunmuş hər kəsin uğurunun göstəricisi olacaq.
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır