Qəbələ rayonunun Böyük Əmirli kəndində qoyunlara canavarlar hücum edib.YeniAvropa “Xəzər TV”yə istinadən xəbər verir ki, gecə saat 4 radələrində qoyunların olduğu qapalı əraziyə soxulan vəhşi heyvanlar orda olan 18 qoyunu öldürüb, 17 qoyunu isə yaralayıb.
Hadisə İbad Əmrahovun təsərrüfatında baş verib.
Rayonun baş baytar həkimi Bəhman Abdurəhmanov bildirdi ki, cəsədlər baytar həkimlər tərəfindən basdırılıb və quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.