logo

Aprelin 16-da ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

20:31 15-04-2018 | icon 2604
Aprelin 16-da ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Sabah, aprelin 16-da ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

YeniAvropa  "RİA Novosti"yə istinadla xəbər verir  ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli "CBS" telekanalına müsahibəsində bildirib.

N.Heyli bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar Suriya rejimini dəstəklədiyi, Suriyada kimyəvi silah tətbiq olunması ilə bağlı tətbiq ediləcək.

"Göründüyü kimi , Rusiyaya qarşı sanksiyalar gücləndirilir. Bazar ertəsi günü maliyyə naziri Stiven Mnuçin bu barədə qərarı açıqlayacaq. Həmin sanksiyalar birbaşa prezident Bəşər Əsədə kimyəvi silahlar hazırlamaqda kğmək göstərən Rusiya şirkətlərə yönəldiləcəkdir",-deyə diplomat vurğulayıb.