Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı olub.YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentlər Suriya rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq ABŞ, Böyük Britaniya və Fransa tərəfindən həyata keçirilən əməliyyatı müzakirə ediblər. Fransa prezidenti Emmanuel Makron əməliyyatla bağlı Ərdoğana məlumat verib. Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Türkiyənin kimyəvi silah işlədilməsini sərt şəkildə qınadığını vurğulayıb, kimyəvi hücumların cavabsız qalmamasının önəmini qeyd edib.
Türkiyə prezidentinin bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey ilə də eyni mövzuda telefon söhbəti olmuşdu.