logo

Aprelin 16-da Serj Sarkisyanın baş nazir postuna namizədliyi parlamentdə rəsmən irəli sürüləcək

20:14 14-04-2018 | icon 2576
Aprelin 16-da Serj Sarkisyanın baş nazir postuna namizədliyi parlamentdə rəsmən irəli sürüləcək

Bu gün, Yerevandan 50 km aralıda yerləşən Çaxkadzor kurortunda Ermənistanın hakim partiyası – Respublika Partiyasının icra  Katibliyi və Şurasının səyyar iclası keçirilib.

YeniAvropa "Novosti-Armeniya" agentliyinə istinadla bildirir ki, iclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.

İclasda bazar ertəsi, aprelin 16-da, hakim partiyanın parlament fraksiyası tərəfindən Serj Sarkisyanın namizədliyinin baş nazir postuna irəli sürülməsi qərara alınıb.

Xatırladaq ki, sabiq prezident Serj Sarkisyan ardıcıl iki dəfə prezident seçildiyi üçün limiti tükəndiyindən , 2015-ci ilin dekabrın 6-da saxta refendum keçirməklə ölkənin Konstitusiya quruluşunu dəyişməyə müvəffəq olub.  Bundan belə Ermənistan parlament respublikası olacaq və prezidentin əksər səlahiyyətləri parlament tərəfindən seçilmiş baş nazirə keçəcək. Dəyişiklərdən sonra ölkənin ali baş komandanı da baş nazir olacaq. Başqa sözlə, son 10 ildə prezident kimi ermənilərin başına müsibətlər gətirən Serj Sarkisyanın bundan belə baş nazir postunda  yenidən ölkəni təkbaşına idarə edərək erməniləri əzməkdə davam edəcəkdir.