ABŞ, Fransa və Böyük Britaniya hərbi hava qüvvələri Suriya ərazisinə raket zərbələri vurarkən Türkiyənin “İncirlik” aviabazasından istifadə olunmayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Suriya böhranının mövcud vəziyyətini şərh edən Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ məlumat verib. Bildirib ki, Suriya böhranının çözülməsi məsələsində Türkiyənin mövqeyi dəyişməzdir.