Rusiya təcili BMT Təhlükəsizlik Şurasının iclasını çağırır
Rusiya ABŞ-ın Suriyaya raket zərbəsi endirməsi səbəbindən BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib. “Rusiya ABŞ və müttəfiqlərinin təcavüzkar fəaliyyətini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır”, - deyə Kremlin mətbuat xidməti Vladimir Putinin sözlərini sitat gətirib.
Rusiya prezidenti qeyd edib ki, Moskva Suriyaya hücumu ciddi şəkildə qınayır. ABŞ öz hərəkətləri ilə Suriyada humanitar fəlakəti daha da dərinləşdirir, dinc əhalini əzablara düçar edir, bu ölkədən və bütövlükdə regiondan qaçqınların yeni dalğasının yaranmasına rəvac verir.
Rusiya lideri, həmçinin hesab edir ki, Suriyada vəziyyətin gərginləşməsi beynəlxalq münasibətlərin bütün sisteminə dağıdıcı təsir göstərir. Moskvanın fikrincə, Suriya hökumətinin kimyəvi işlətməsi uydurmadır və bu ölkəyə təcavüz üçün zəmin yaratmaq niyyəti güdür.
Xatırladaq ki, bu gün səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa Suriyada üç hədəfə - kimyəvi silah tədqiqatı mərkəzinə, kimyəvi silah anbarına və kimyəvi silahlarla bağlı komandanlıq mərkəzinə raket zərbələri endirib.
Suriyaya raket zərbələri endirilməsi dünyada müxtəlif reaksiyalar doğurur. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın və müttəfiqlərinin keçirdiyi əməliyyatı təqdir etdiyinə dair bəyanat yayıb. NATO bu əməliyyatı dəstəklədiyini bildirib. İran isə ABŞ, Böyük Britaniya və Fransa liderlərini cinayətkar adlandırıb. BMT-nin baş katibi Antonio Quterreş Suriyada vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb və yaranmış vəziyyətlə əlaqədar Səudiyyə Ərəbistanına səfərini təxirə salıb.
ABŞ-ın müdafiə naziri Cim Mattis, Baş Qərargah rəisi, general Cozef Dunford əməliyyatla bağlı keçirdikləri birgə mətbuat konfransında İran və ya Rusiya ilə hər hansı koordinasiya aparmadıqlarını bildiriblər. Hücumların davam edib-etməyəcəyinə dair suala Dunford “bu hücum dalğası sona yetdi” cavabını verib.
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir