Tehranda minlərlə insan ABŞ prezidenti Donald Trampın İsrailin paytaxtını Qüds şəhərinə keçirmək barədə qərarına qarşı etiraz edir.
YeniAvropa.Az-ın xəbərinə görə, bu barədə “Times of Isreal” nəşri yazır.
Dekabrın 10-da İran prezidenti Həsən Ruhani bildirib ki, Trampın bəyanatı Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib və rəsmi Tehran bu qərarı heç vaxt qəbul etməyəcək.
Qeyd olunur ki, etiraz aksiyaları həmçinin Livanda, Şərqi Qüdsdə, İordan çayının qərbində və Qəzza zolağında da keçirilir.
S.B.