logo

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyanı bombaladı

09:20 14-04-2018 | icon 2485
ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyanı bombaladı

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib. Onun sözlərinə görə,  hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, -deyə D.Tramp qeyd edib.

ABŞ prezidenti, həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu baş tutmaya da bilər”, -deyə D.Tramp əlavə edib.

Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.

Suriyadakı hava zərbələrinə Rusiyanın münasibəti özünü çox gözlətməlib. "Suriyanın paytaxtı Dəməşq dinc gələcəyə şansı olduğu zaman bombalandı". Bu fikri Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. Onun sözlərinə görə, uzun illər Suriya paytaxtı terror hücumları şəraitində yaşamağa çalışıb. 

"Əvvəl Suriya xalqını “ərəb baharı”, sonra İŞİD, indi isə ABŞ-ın “ağıllı raketləri” ilə sınağa çəkdilər”,-deyə Rusiya XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, ötən gecə ABŞ, Fransa və Böyük Britaniya Silahlı Qüvvələri paytaxt Dəməşq və Homs ətrafında yerləşən hərbi təyinatlı obyektlərə hava zərbələri endirib. Reuters agentliyinin məlumatına əsasən, ABŞ  Suriya ərazisinə "Tomahawk" qanadlı raketlərdən zərbə endirib. Əməliyyatda həmçinin Böyük Britaniyanın 4 “Panavia Tornado” qırıcı-bombardman təyyarəsi iştirak edib. Əməliyyat 50 dəqiqə davam edib.