Mark Tsukerberq ABŞ Konqresində ifadə verib
“Facebook” sosial şəbəkəsinin banisi və başçısı Mark Tsukerberq aprelin 10-da ABŞ Senatının hüquq və ticarət məsələləri komitələrinin dinləmələrində ifadə verib.
YeniAvropa xəbər verir ki, “Cambridge Analytica” şirkəti ilə əlaqədar qalmaqal iki milyard istifadəçinin şəxsi məlumatından ibarət nəhəng bazası olan “Facebook” şirkətinin hərəkətləri ilə bağlı ictimaiyyətdə narahatlıq yaradıb. Ehtimala görə, sosial şəbəkənin 87 milyon istifadəçisinin məlumatı səhvən Britaniyanın “Cambridge Analytica” şirkətinə ötürülüb və həmin istifadəçilərin çoxu ABŞ-da yaşayır. ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası ilə bağlı olan “Cambridge Analytica” “Facebook” istifadəçilərinin məlumatlarını siyasi reklamda istifadə etmək üçün toplayıb.
Dinləmələrdəki sualların çoxu istifadəçilərin məlumatlarının təhlükəsizliyinə, habelə Rusiyanın sosial şəbəkələr vasitəsilə Amerikadakı seçkilərə müdaxilə etməsi ehtimalına aid olub. Dinləmələrdə M.Tsukerberq belə bir məsələdə məsuliyyəti öz üzərinə götürüb ki, “Facebook” 87 milyon istifadəçisinin şəxsi məlumatlarının “Cambridge Analytica” şirkəti tərəfindən toplanmasına yol verməklə yanlış addım atıb. Belə ki, bu, seçkilərin gedişatına təsir göstərə bilərdi. M,Tsukerberq Senatın hüquq və ticarət məsələləri komitələrinin üzvlərinə bildirib ki, “Facebook” şirkətinin administrasiyası məlumatların toplanmasını “qapalı iş” hesab edib və düşünüb ki, bu informasiya “Cambridge Analytica” şirkəti tərəfindən silinəcək. M.Tsukerberq vurğulayıb: “Onlar bizə dedilər ki, məlumatlardan istifadə etməyiblər və onları siliblər. Biz həmin səhvə bir daha yol verməyəcəyimizə əmin olmaq üçün siyasətimizi yenilədik”.
M.Tsukerberq “Facebook” adından söz verib ki, bundan sonra onun şirkəti sosial şəbəkənin platformasında reklam elanları yerləşdirən siyasi qrupların mənşəyini yoxlayacaq.
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir