Əlcəzairin şimalında hərbi təyyarənin qəzaya uğradığı rayonda indiyədək 247 cəsəd aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə En-Nahar telekanalı məlumat yayıb. Xədərdə qeyd edilib ki, “İl-76” təyyarəsində 250 nəfərin olduğu ehtimal edilir.
Təyyarə bu gün səhər saatlarında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Kənd təsərrüfatı tarlasına düşən təyyarə yanıb.
Qəzadan sağ qurtaranların olmadığı bildirilir. Əlcəzair mülki müdafiə xidmətinin xüsusi bölmələri hadisə rayonuna göndərilib. Hazırda qəza yerində 14 yanğın söndürən, 30 təcili yardım maşını və 300 xilasedici işləyir.