logo

Serj Sarkisyanın baş nazir qismində yenidən hakimiyyətdə zühur etməyə hazırlaşır

10:51 10-04-2018 | icon 2086
Serj Sarkisyanın baş nazir qismində yenidən hakimiyyətdə zühur etməyə hazırlaşır

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb. 

YeniAvropa  Rusiyanın "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan məlumat verib.

Ötən şənbə günü S.Sarkisyanla keçirdiyi görüşün nəticələrinə toxunan Karapetyan deyib ki, ölkədə  baş nazir vəzifəsinə kimin namizədliyinin irəli sürülməsi məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Ermənistanda martın 2-də keçirilmiş seçkilərdə Armen Sarkisyan prezident seçilib.

Xatırladaq ki, sabiq prezident Serj Sarkisyan ardıcıl iki dəfə prezident seçildiyi üçün limiti tükəndiyindən , 2015-ci ilin dekabrın 6-da saxta refendum keçirməklə ölkənin Konstitusiya quruluşunu dəyişməyə müvəffəq olub.  Bundan belə Ermənistan parlament respublikası olacaq və prezidentin əksər səlahiyyətləri parlament tərəfindən seçilmiş baş nazirə keçəcək. Dəyişiklərdən sonra ölkənin ali baş komandanı da baş nazir olacaq. Başqa sözlə, son 10 ildə prezident kimi ermənilərin başına müsibətlər gətirən Serj Sarkisyanın bundan belə baş nazir postunda  yenidən ölkəni təkbaşına idarə edərək erməniləri əzməkdə davam edəcəkdir.