logo

Türkmənistanda “İpək yolu” monumenti açılıb

23:34 09-04-2018 | icon 2121
Türkmənistanda “İpək yolu” monumenti açılıb

Türkmənistanın Amudərya şəhərində “İpək yolu” monumentinin təntənəli açılışı olub.

YeniAvropa xəbər verir  ki, 28 metr hündürlüyündə olan heykəltəraşlıq kompozisiyası Amudərya avtomobil və dəmir yolu körpülərinin yanında hazırlanıb. Abidənin yuxarı hissəsi Yer kürəsinin formasında simvolik olaraq avtomobil, dəmir yolu, su və hava magistral yollarını birləşdirir.

Abidə "Gündoğdu" özəl müəssisə tərəfindən hazırlanıb. "İpək yolu" abidəsinin tikintisində ən müasir kompozisiya və bəzək materiallarından istifadə olunub.

Türkmənistanda nəqliyyat infrastrukturunun inkişafı bütün vilayətlərdə beynəlxalq səviyyəli iri layihələrin mühüm tərkib hissəsidir. Əsas diqqət multimodal logistika şəbəkəsinin yaradılmasına yönəldilib və bu ideya "İpək yolu" monumentində simvolik tərtibatını tapıb.