logo

Suriyada kimyəvi silahdan istifadə nəticəsində 40 nəfər həlak olub

14:03 09-04-2018 | icon 2352
Suriyada kimyəvi silahdan istifadə nəticəsində 40 nəfər həlak olub

Suriyanın Şərqi Guta bölgəsində zəhərli qaz bombasının tətbiqi nəticəsində əsasən azyaşlı uşaqlardan ibarət 40 nəfər həlak olub. 

YeniAvropa xəbər verir  ki, Qərb mətbuatı kimyəvi silahın Bəşər Əsədi dəstəkləyən qüvvələr tərəfindən istifadə edildiyini bildirsə də, Suriya rəsmiləri bunu inkar edirlər.

Xatırladaq ki, Suriyada davam edən vətəndaş müharibəsində kimyəvi silahdan istifadə olunması BMT-nin Təhlükəsizlik Şurasının üzvləri tərəfindən kəskin tənqid edilib. Üzv dövlətlər keçirilən toplantıda obyektiv araşdırma aparılmasını tələb edərək xüsusi qətnamə qəbul ediblər.