logo

“Nissan” şirkətində işçilərin ixtisasa uyğunluğu ilə əlaqədar yoxlamalar aparılır

10:00 22-12-2017 | icon 2135
“Nissan” şirkətində işçilərin ixtisasa uyğunluğu ilə əlaqədar yoxlamalar aparılır

Yaponiyanın Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi dekabrın 22-də “Nissan” şirkətinin Yokohama şəhərində yerləşən baş ofisində yoxlamalara başlayıb.

Yerli "Kyodo" agentliyi xəbər verir ki, buna əsas kimi uzun müddət şirkətdə buraxılan avtomobillərin təhlükəsizliyinin müvafiq ixtisasa malik olmayan işçilər tərəfindən yoxlanılması göstərilir. Hakimiyyət orqanları yoxlama nəticəsində şirkət tərəfindən əvvəllər təqdim edilən məlumatların nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmağa çalışır.

Cari ilin oktyabrında nazirliyin əməkdaşları şirkətin Yaponiya ərazisində yerləşən zavodlarında yoxlamalar zamanı azı 5 zavodda ixtisasa uyğun olmayan işçilərin çalışdığını aşkar ediblər.

Bunun nəticəsində şirkət öz müəssisələrində işi dayandırıb və nəticədə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz azalıb. Eyni zamanda, şirkət Yaponiyada 2014-cü ilin oktyabrından istehsal edilmiş 20 modelə aid olan 1,2 milyon ədəd avtomobili də geri çağırmalı olub.