logo

Macarıstanda hakim FİDES partiyası parlament seçkilərində qələbə qazanıb

10:12 09-04-2018 | icon 2352
Macarıstanda hakim FİDES partiyası parlament seçkilərində qələbə qazanıb

Ötən gün Macarıstanda keçirilən parlament seçkilərində hakim FİDES partiyası seçicilərin mütləq əksəriyyətinin səsini qazanıb. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkənin qanunverici orqanında 199 yer uğrunda 23 partiya üzrə namizədlər və birmandatlı dairələrdən namizədliyini irəli sürmüş 1547 siyasətçi mübarizə aparıb.

Səslərin 64,5 faizinin hesablanmasından sonra sonra baş nazir Viktor Orbanın rəhbərlik etdiyi sağ mühafizəkarlar başda olmaqla FİDES partiyası parlamentdəki mandatların 49,2 faiz səsini toplayıb. İkinci güclü siyasi qüvvə “Yobbik” sağ radikal partiyası olub.

Xatırladaq ki, səslərin hamısının hesablanmasından sonra , qələbə qazanacağı halda Orban ardıcıl üçüncü olmaqla,  dördüncü dəfə Macarıstan hökumətinə rəhbərlik edəcək.