logo

BMT Təhlükəsizlik Şurası sabah Suriya ilə bağlı iclas keçirəcək

22:38 08-04-2018 | icon 2555
BMT Təhlükəsizlik Şurası sabah Suriya ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası sabah, aprelin 9-da Suriya ilə bağlı xüsusi iclas keçirəcək. 

YeniAvropa xəbər verir  ki, bu haqda Rusiyanın "İnterfax" agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, BMT TŞ-nin daimi üzvlərindən Böyük Britaniya, Fransa və ABŞ, eləcə də qurumun qeyri-daimi üzü olan bir sıra ölkələr-Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot d`İvuar  Siriyanın Duma şəhərində kimyəbi silahların tətbiqi məsələsini müzakirə etmək üçün TŞ-nin təcili iclasının çağırılması təklifi ilə çıxış ediblər. 

Xatırladaq ki, bundan əvvəl Suriya müxalifəti Dəməşqin Dumada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyini bildirmişdi. Nəticədə  onlarla dinc sakin ölüb. Onların arasında qadınlar, uşaqlar da var. Bir sıra ölkələr hadisəni qəti şəkildə pisləyiblər.