Bu gün Almaniyanın Paderborn şəhərində II Dünya müharibəsi zamanı atılmış bomba ilə əlaqədar 26 min insan evakuasiya edilib.
YeniAvropa "DPA" agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniya istehsalı olan 1,8 ton bomba 3 gün əvvəl şəhərdəki evlərdən birinin həyətyanı sahəsində qazma işləri aparılarkən tapılıb.
Bomba 80 sm dərinlikdə yerləşdiyi üçün onu zərərsizləşdirilməkdən ötrü partlatmaq lazım gəlib. Hüquq-mühafizə orqanları bombadan 1,5 km radiusda sakinləri evakuasiya edib. Yaxınlıqda yerləşən iki xəstəxana, bir universitet, bir neçə ev boşaldılıb.