Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün şənbə günü axşam təyyarə ilə Kuritiba şəhərinə aparılıb.YeniAvropa “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, sabiq prezidentin həbsinə etiraz edənlərlə federal polis qüvvələri arasında baş verən toqquşmada 8 nəfər yaralanıb.
Xatırladaq ki, 2003-2010-cг illərdə Braziliya prezidenti olan Luis İnasio Lula Da Silva korrupsiyada təqsirləndirilir. Məhkəmə 72 yaşlı siyasətçiyə 12 il həbs cəzası kəsib. Yerli mətbuatın yazdığına görə, Silva bu ilin oktyabrında ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irali sürməyə hazırlaşırdı. Ölkədə aparılan rəy sorğularına əsasən onun reytinqi 36%-i üstələyirdi. Görünür rəqibləri Lilvanı mübarizədən kənarda saxlamaq qərarına gəliblər. Lakin bütün bunlara baxmayaraq Silvanın lideri olduğu Braziliya sol mərkəzçı Əməkçi Partiyası qarşıdakı prezident seçkilərində onun namizədliyini irəli sürəçəklərini bəyan edirlər.