Almaniyanın cənubunda yerləşən Münster şəhərində yük avtomobili ilə törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 50 nəfər yaralanıb.
YeniAvropa xəbər verir ki, “Focus” nəşrinin yaydığı məlumata görə, sürücü yük avtomobilini küçədəki kafenin stolları arxasında əyləşən insanların üstünə sürüb. KİV-in verdiyi xəbərə görə, zərərçəkənlərin 6-nın vəziyyəti ağırdır.
Şəhər polisi sürücünün intihar etdiyini bildirib. Polis hadisəni terror aktı hesab edir.
Hadisənin baş verdiyi rayonda xüsusi əməliyyat keçirilir, şəhərin mərkəzində yollar bağlanıb, hüquq mühafizəçiləri partlayıcı qurğu axtarırlar.