logo

Türkiyə-Suriya sərhədində “Zeytun budağı” gömrük-keçid məntəqəsi açılır

17:27 07-04-2018 | icon 2408
Türkiyə-Suriya sərhədində “Zeytun budağı” gömrük-keçid məntəqəsi açılır

Türkiyənin Hatay bölgəsindəki Kumlu rayonunun Şarkhamamı hissəsində Suriya ilə sərhəddə “Zeytun budağı” gömrük-keçid məntəqəsi açılır.

YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu keçidin qurulmasında məqsəd Suriyanın Afrin və Cinderes bölgələrinə çatdırılan humanitar yardımların daşınmasını asanlaşdırmaqdır. Bu gömrük-keçid məntəqəsi Suriya tərəfində Əl Hammam kəndinin ərazisində yerləşir.