logo

İranda  zəlzələ baş verib

23:56 21-12-2017 | icon 2058
İranda  zəlzələ baş verib

İranın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ olub.

 RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Ravər şəhərindən 46 kilometr aralıda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.