Aprelin 6-sı Gürcüstanda matəm günü elan olunub.
YeniAvropa xəbər verir ki, Bu barədə Gürcüstan Hökumətinin dəftərxanasından bildiriblər. Məlumatda qeyd edilib ki, buna səbəb ölkənin Tkibuli bölgəsindəki Mildeli şaxtasında baş verən qəzada 6 nəfərin ölməsidir.
Sabah səhər saatlarından başlayaraq Gürcüstanda bütün dövlət idarələrində bayraqlar endiriləcək. .
Xatırladaq ki, aprelin 5-də gecə saatlarında Gürcüstanın Tkibuli bölgəsindəki Mildeli şaxtasında baş verən qəza nəticəsində 6 nəfər həlak olub, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.