Yunanıstanın müdafiə naziri Panos Kammenosun verdiyi bəyanata əsasən, Türkiyə ilə sərhəddə yunan hərbi qüvvələrinin sayı artırılacaq.
YeniAvropa xəbər verir ki, məlumata görə, Egey dənizində yerləşən adalara və Evros bölgəsinin hər birinə 3500 hərbçi göndəriləcək. Əsas səbəb kimi iki ölkə arasında münasibətlərin pisləşməsi göstərilir.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər martın əvvəlində Türkiyənin Evros bölgəsi yaxınlığında iki yunan hərbçini saxlaması nəticəsində gərginləşib.