logo

BMT Baş Məclisi Qüdsü İsrailin paytaxtı kimi tanımadı

22:04 21-12-2017 | icon 2009
BMT Baş Məclisi Qüdsü İsrailin paytaxtı kimi tanımadı

BMT Baş Məclisi ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamə qəbul edib.

Anadolu agentliyi xəbər verir ki, ABŞ-ın təhdidlərinə baxmayaraq, 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib, 35 ölkə bitərəf qalıb. ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıblar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Məclisindəki çıxışında bildirib ki, BMT üzvü olan bir ölkə digər ölkələri təhdid edib. Bəzi ölkələr isə yardımların kəsiləcəyi ilə hədələnib. Bu, qəbuledilməzdir. Türkiyə heç vaxt Qüdsü tək qoymayacaq. Fələstin heç vaxt yalqız qalmayacaq.

“ABŞ öz səfirliyini Qüdsə köçürəcək. Heç bir səsvermə bizim bu qərarımızı dəyişməyəcək”, - deyə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli çıxışında bildirib.