Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani Suriya böhranı ilə bağlı apardıqları üçtərəfli danışıqların nəticələrinə dair birgə mətbuat konfransı keçiriblər.
YeniAvropa xəbər verir ki, prezidentlər Suriyada qan tökülməsinin qarşısının alınması, terrorçu qrupların tam şəkildə zərərsizləşdirilməsi, ölkənin ərazi bütövlüyünün qorunması, qaçqınların geri qayıtması, dağıntıların bərpası, gələcək siyasi idarəetmə və s. barədə mövqelərini bildiriblər.